Bakı. Trend:
ABŞ və Çin ticarət sazişi layihəsinin hazırlığını yekunlaşdırıblar. Onun gələn həftə imzalanması planlaşdırılır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Maliyyə naziri Skott Bessent çıxış edib.
Maliyyə nazirinin sözlərinə görə, Kuala-Lumpur sazişinin layihəsi üzərində işlər artıq ötən gün başa çatdırılıb. Sənədin əsas müddəlarından biri Çinin Amerikadan iri həcmdə kənd təsərrüfatı məhsulları alması ilə əlaqədardır.
O vurğulayıb ki, əldə olunan razılaşmalar dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı iqtisadi əlaqələri möhkəmləndirəcək.
