Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Pentaqona Nigeriyaya mümkün hərbi müdaxiləyə hazırlaşmağı əmr edib.
Trend xəbər verir ki, dövlət başçısı bu barədə “Truth Social” hesabında məlumat paylaşıb.
Trampın sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi Afrikada fəaliyyət göstərən terror qruplaşmalarına qarşı “çevik, sərt və amansız güc tədbirləri” planı hazırlamalıdır.
Prezident, həmçinin Nigeriyanı Vaşinqtonun bütün maliyyə və humanitar yardımlarını dayandırmaqla hədələyib.
