Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı daha üç israilli girovun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
Trend-in məlumatına görə, bu barədə müvafiq bəyanat hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.
"Razılaşma çərçivəsində bu gün Qəzza zolağının cənubunda tapılan daha üç girovun cəsədini [tibb] heyətinə təhvil verəcəyik", - deyə bəyanatda bildirilib.
Həkimlərin ölən məhbusların cəsədlərini anklavın hansı ərazisində qəbul edəcəyi barədə məlumat verilməyib.