Bakı. Trend:
"Tesla" və "SpaceX"in Baş direktoru İlon Mask bildirib ki, mövcud formada smartfonların dövrü sona yaxınlaşır. Onun fikrincə, süni intellekt texnologiyası yaxın beş il ərzində smartfonları tamamilə əvəz edəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Mask bu fikirləri Co Roqanın podkastında səsləndirib:
“Gələcəyin telefonu nə əməliyyat sistemi, nə də tətbiqlərdən ibarət olacaq. Sadəcə süni intellekt üçün bir körpü, vasitə rolunu oynayacaq".