Bakıl. Trend:
Amerika şirkəti Vulcan Elements tam milli, şaquli inteqrasiya olunmuş nadir torpaq maqnit təchizat zənciri yaratmaq məqsədilə ABŞ hökuməti ilə 1,4 milyard dollarlıq tərəfdaşlıq elan edib.
Trend xəbər verir ki, bu barədə şirkətin mətbuat açıqlamasında məlumat verilib.
Tərəfdaşlıq çərçivəsində Vulcan Elements ABŞ-da ildə 10 min metrik ton maqnit istehsal etmək gücünə malik müəssisə inşa edəcək. Layihənin maliyyələşdirilməsinə Pentaqondan 620 milyon dollarlıq birbaşa kredit, Ticarət Departamentindən 50 milyon dollarlıq federal təşviqlər və əlavə 550 milyon dollarlıq özəl kapital daxildir. Bundan əlavə, Ticarət Nazirliyi şirkətdə 50 milyon dollarlıq pay əldə edəcək.
ABŞ-ın Ticarət katibi Hovard Latnik bildirib ki, “Biz vacib mineralların və nadir torpaq elementlərinin istehsalını ölkəmizə qaytarmağa, Amerika təchizat zəncirinin gücünü, təhlükəsizliyini və etibarlılığını təmin etməyə diqqət yetiririk”.
                            