...

Amerikalı aktrisa Dayan Ledd 90 yaşında vəfat edib

Dünya xəbərləri Materials 4 Noyabr 2025 04:33 (UTC +04:00)
Amerikalı aktrisa Dayan Ledd 90 yaşında vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur amerikalı aktrisa Dayan Ledd 90 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə “The Hollywood Reporter” qəzeti noyabrın 3-də onun qızı, aktrisa Laura Dernə istinadən məlumat yayıb.

Məlumata görə, Ledd Kaliforniyanın Ohay şəhərindəki evində qızının yanında vəfat edib. Ölüm səbəbi hələlik açıqlanmayıb.

Martin Skorsezenin “Alisa artıq burada yaşamır” (1974) filmindəki rolu ilə tanınan Dayan Ledd karyerası ərzində 200-dən çox film və televiziya serialında rol alıb. O, üç dəfə “Oskar” mükafatına namizəd göstərilib — “Alice Doesn’t Live Here Anymore”, “Wild At Heart” (1990) və “Rambling Rose” (1991) filmlərindəki rollarına görə.

Qeyd edək ki, aktrisa “Wild At Heart” və “Rambling Rose” filmlərində qızı Laura Dernlə birgə çəkilib.

Xəbər lenti

Xəbər lenti