...

Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində 20 hərbçi olub

Dünya xəbərləri Materials 11 Noyabr 2025 18:56 (UTC +04:00)
Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində 20 hərbçi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qəzaya düşən təyyarədə ekipaj üzvləri ilə birlikdə 20 hərbçi olub və qəza yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd olunur ki, Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

Xəbər lenti

Xəbər lenti