...

Hindistanda pələng üç nəfəri parçalayıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 05:56 (UTC +04:00)
Hindistanda pələng üç nəfəri parçalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistandakı meşə mühafizəçiləri Karnataka ştatının bir neçə kəndində iki həftə ərzində üç nəfəri parçalayan pələngi ələ keçiriblər.

Trend xəbər verir ki, bu barədə "The Indian Express" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 13 yaşlı pələng artıq yaşlandığı üçün otyeyən heyvanları ovlaya bilməyib və buna görə insanlara hücum etməyə başlayıb. Dişləri sıradan çıxmış yırtıcı kəndlərə daxil olaraq həm insanlara, həm də mal-qaraya ziyan verib.

Pələngin son qurbanı Bandipur Vəhşi Təbiət Qoruğunun yaxınlığında yaşayan 35 yaşlı kənd sakini olub.

Xəbər lenti

Xəbər lenti