Bakı. Trend:
Bolqarıstanda yanacaq ehtiyatları sürətlə azalır, ölkədə benzinin təxminən 35, dizelin isə 50 günlük ehtiyatı qalıb.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi Bolqarıstan Dövlət Ehtiyatlar Agentliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, vəziyyət oktyabr ayının sonunda ABŞ-nin Rusiyanın iki aparıcı neft şirkəti – “LUKOIL” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq etməsindən sonra daha da pisləşib.
“LUKOIL” bu yaxınlara qədər Bolqarıstanın Burqas şəhərində yerləşən ən böyük neft emalı zavodunu idarə edib və ölkə üzrə yüzlərlə yanacaqdoldurma məntəqəsinə sahib olub.
