Bakı. Trend:
Tayvana daxil olan “Funq-Vonq” tayfunun gətirdiyi leysan yağışlar ölkənin müxtəlif ərazilərində daşqınlara səbəb olub. Azı 51 nəfərin təbii fəlakətlə əlaqədar müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ən çox ziyan Tayvanın İlan bölgəsinə dəyib. Həmin ərazidə 25 rayon sel suları altında qalıb, 5907 ev elektrik təchizatından məhrum olub.
Tayvan Dəmir Yolları korporasiyası bir neçə istiqamətdə qatarların hərəkətini dayandırıb, əlverişsiz hava ilə əlaqədar 100-ə yaxın bərə reysi təxirə salınıb.
