...

ABŞ tarixində ən uzun şatdaun başa çatıb

Dünya xəbərləri Materials 13 Noyabr 2025 09:24 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hökumətin müvəqqəti maliyyələşdirilməsinə dair qanunu imzalayaraq ölkə tarixində ən uzunmüddətli şatdauna son qoyub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, konqresin hər iki palatası tərəfindən təsdiqlənən sənəd 2026-cı il yanvarın 30-dək maliyyələşməni təmin edir və 43 günlük fasilədən sonra federal qurumların fəaliyyətinin dərhal bərpasına imkan yaradır.

Rekord göstəriciyə çevrilən bu şatdaun respublikaçılarla demokratlar arasında yaranan qarşıdurma nəticəsində baş verib. Demokratlar 2025-ci ilin sonunda qüvvədən düşəcək “Əlçatan səhiyyə haqqında qanun” üzrə subsidiyaların uzadılmadığı büdcə layihəsini qəbul etməkdən imtina edirdilər. Çıxış yolu yalnız bir qrup mülayim demokrat və bir müstəqil senatorun büdcə layihəsinə səs verməyə razılaşmasından sonra tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti