...

Alimlər ürək xəstəlikləri riskini müəyyənləşdirməyin yeni metodunu tapıblar

Dünya xəbərləri Materials 14 Noyabr 2025 09:12 (UTC +04:00)
Alimlər ürək xəstəlikləri riskini müəyyənləşdirməyin yeni metodunu tapıblar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyalı tədqiqatçılar təhlükəli simptomlar ortaya çıxmazdan xeyli əvvəl təkcə tüpürcək nümunəsi əsasında ürək çatışmazlığı riskinin olub-olmadığını müəyyənləşdirməyə imkan verən qeyri-invaziv sınaq metodu hazırlayıblar.

Trend xəbər verir ki, “Biosensors and Bioelectronics: X (B&B)” nəşrində dərc olunan məqaləyə görə, yeni metodda ağızdan götürülən nümunə əsasında “S100A7” zülalının səviyyəsi ölçülür.

Kəskin ürək çatışmazlığı olan xəstələrdə bu markerin göstəricisi normadan demək olar iki dəfə yüksək olur.

Test tüpürcəkdə genin aktivliyini “oxuya” bilən mRNT-təhlilinə əsaslanır. Araşdırmada bu üsul standart klinik testlərlə 81 faiz hallarda üst-üstə düşüb, sağlam və xəstə şəxslərin müqayisəsində isə daha da təsirli nəticə göstərib: 82 faiz dəqiqlik — zülalın birbaşa ölçülməsinə əsaslanan klassik metodlarda isə bu göstərici cəmi 52 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti