Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə "LCI" televiziya kanalı xəbər verib.
Onun sözlərinə görə, danışıq zamanı tərəflər Ukrayna münaqişəsinin həlli ilə bağlı vəziyyəti müzakirə ediblər.
Məlumata əsasən, telefon danışığı Makronun yenidən Parisə səfər edən Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarından sonra baş tutub. Yelisey Sarayı bildirib ki, Fransa və ABŞ prezidentləri Ukraynada etibarlı və davamlı sülhün şərtlərini və ABŞ tərəfindən həyata keçirilən vasitəçilik səylərini müzakirə ediblər.
Fransa prezidenti, həmçinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini və bu məsələdə Amerika tərəfi ilə işləməyə hazır olduğunu bildirib.