Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp kabinet iclasında çıxışı zamanı administrasiyası dövründə səkkiz müharibəyə son qoyduğunu, lakin daha bir münaqişənin yekunlaşdırılacağına inandığını bildirib.
Trend-in məlumatına görə, Tramp hər müharibənin başa çatdırılmasının onun Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı müzakirələri gündəmə gətirdiyini qeyd edib.
“O deyirlər ki, əgər o, Rusiya və Ukrayna arasında müharibəyə son qoysa, Nobel Mükafatını alacaq. Bəs digər səkkiz müharibə necə olacaq? Mənim başa vurduğum müharibələri düşünün. Hər biri üçün Nobel Mükafatı almalıyam. Amma acgöz olmaq istəmirəm, bu mənim üçün əhəmiyyətsizdir”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, ötən il Rusiya–Ukrayna müharibəsində 27 min gənc həlak olub.
