...

Putinin ABŞ xüsusi elçisi ilə görüşü “konstruktiv və məzmunlu” olub

Dünya xəbərləri Materials 3 Dekabr 2025 02:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffla görüşü konstruktiv, faydalı və məzmunlu keçib.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Uşakov qeyd edib ki, Kreml görüşündə Ukraynada sülh planına dair bir neçə variant müzakirə olunub: “Ukrayna üçün hələlik kompromis plan mövcud deyil. Sülh planının mahiyyəti, o cümlədən ərazi məsələsi müzakirə mövzusu olub”.

Bununla yanaşı, tərəflər Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Uşakov əlavə edib ki, Putin və Tramp arasında mümkün görüşün keçirilməsi tərəflərin köməkçiləri və xarici işlər nazirliklərinin işindən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti