...

Xəzər dənizinin sahilində 500-dən çox suiti cəsədi tapılıb

Dünya xəbərləri Materials 3 Dekabr 2025 03:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin sahilində yüzlərlə suiti cəsədi aşkarlanıb.

Trend xəbər verir ki, məlumatı Dağıstanın Təbii Sərvətlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, heyvanların cəsədləri respublikanın bir sıra rayonlarında tapılıb. Mahaçqala, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarının sahil zolağında aparılan araşdırmalar nəticəsində ümumilikdə 484 ölmüş suiti müəyyən edilib.

Suitilərin ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara müraciət edib. Sahil ərazilərində tədqiqatların davam etdiriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti