Bakı. Trend:
Bu gün Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı baş tutacaq.
Trend xəbər verir ki, proqrama əsasən, əvvəlcə Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində iclası keçiriləcək, daha sonra isə NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində işgüzar görüşü olacaq.
NATO-nun Baş katibi Mark Rütte toplantı ilə bağlı açıqlamasında bildirib ki, görüşdə Ankarada keçiriləcək növbəti NATO Sammitinə hazırlıq çərçivəsində təhlükəsizlik mühitində dəyişən təhdidlər müzakirə olunacaq, həmçinin çəkindiricilik və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar nəzərdən keçiriləcək.
O əlavə edib ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə NATO-Ukrayna Şurası çərçivəsində də müzakirələr aparılacaq.
