...

Rusiyada “Snapchat” bloklanıb

Dünya xəbərləri Materials 4 Dekabr 2025 21:17 (UTC +04:00)
Rusiyada “Snapchat” bloklanıb

Bakı. Trend:

ABŞ-nin "Snapchat" foto və video paylaşma xidməti terrorçu fəaliyyətlər və dələduzluq üçün cinayətkarları cəlb etmək məqsədilə istifadə edildiyi üçün Rusiyada bloklanıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Nəzarət Xidməti (Roskomnadzor) xəbər verib.

"Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Snapchat" ölkədə terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlər törətmək üçün istifadə olunur", - deyə bildirilib.

Qurumdan əlavə edilib ki, ictimai rabitə şəbəkəsinin mərkəzləşdirilmiş idarəetmə qaydalarına uyğun olaraq, "Roskomnadzor" 10 oktyabr 2025-ci ildə xidməti bloklamaq üçün tədbirlər görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti