Bakı. Trend:
ABŞ-nin “F-18” qırıcıları Venesualanın hava məkanına daxil olaraq 40 dəqiyəyə yaxın uçub.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
“Flightradar” xidmətinin məlumatlarına əsasən, amerikalı qırıcıların marşrutu Venesuelanın enerji baxımından strateji əhəmiyyətə malik iki ştatı – Suliya və Falkonun arasından keçib.
Hərbi reaktiv təyyarələr ərazi baxımından ölkənin ikinci ən böyük şəhəri sayılan Marakaybo şəhərindən təxminən 160 kilometr aralıdan uçublar. Həmin şəhər yaxınlığında yerləşən eyni adlı göldə ölkənin milyardlarla barrel həcmində ölçülən zəngin neft ehtiyatları yerləşir.
