Bakı. Trend:
Ukrayna hakimiyyəti ABŞ prezidenti Donald Trampla Amerika qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsini müzakirə edir.
Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Bunlar ABŞ qoşunlarıdır və buna görə də bu qərarları verən Amerikadır. Əlbəttə ki, biz bunu Prezident Tramp və "könüllülər koalisiyası"nın nümayəndələri ilə müzakirə edirik. Biz bunu istərdik. Bu, təhlükəsizlik zəmanətləri baxımından güclü bir mövqe olardı", - deyə o bildirib.