Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin "HƏMAS" hərəkatının tərksilah ediləcəyi təqdirdə, gələn il Qəzza zolağında yeni hökumətin qurulması mümkün olduğunu hesab edir.
Trend-in məlumatına görə, bu barədə B.Netanyahu "Fox News" televiziya kanalına müsahibəsində deyib.
"HƏMAS tərksilah edilərsə, Qəzzada yeni bir hökumətin qurulması mümkündür", - deyə o bildirib.
Onun sözlərinə görə, "HƏMAS silahlara sahib olmağa davam edərsə", "potensial yeni hökumət" Fələstin anklavında işə başlaya bilməyəcək.
"Əgər beynəlxalq qüvvələrin köməyi ilə və ya başqa bir yolla HƏMAS-ı tərksilah etsək, bəli, mən Qəzzanın fərqli bir gələcəyini görürəm", - deyə baş nazir əlavə edib.