...

Karakasda baş verən partlayışların bəzi təfərrüatları məlum olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 3 Yanvar 2026 11:51 (UTC +04:00)
Karakasda baş verən partlayışların bəzi təfərrüatları məlum olub (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Karakasda baş verən partlayışların bəzi təfərrüatları məlum olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, şəhərin cənub hissəsində, iri hərbi bazanın yaxınlığında elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunub.

Partlayışların səbəbləri barədə məlumat verilmir. Hazırda Venesuela hökumətindən, Pentaqondan və Ağ Evdən hər hansı rəsmi açıqlama daxil olmayıb.

Partlayışlar ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda baş verir. Tramp Karib regionuna hərbi-dəniz qüvvələri qrupunun göndərildiyini bildirib və Venesuelaya mümkün quru zərbələrini istisna etməyib.

Prezident Nikolas Maduro bazar ertəsi endirildiyi iddia olunan zərbəni nə təsdiqləyib, nə də təkzib edib, lakin cümə axşamı Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bəyan edib.

Tramp administrasiyası Maduronu narkokartelə rəhbərlik etməkdə ittiham edir və narkotik qaçaqmalçılığına qarşı mübarizə apardığını bildirir. Maduro isə bütün ittihamları rədd edərək, ABŞ-nin onu hakimiyyətdən kənarlaşdırmağa çalışdığını, bunun səbəbinin isə Venesuelanın dünyada məlum olan ən böyük neft ehtiyatlarına malik olması olduğunu vurğulayır.

xxx

10:33

Venesuelanın paytaxtı Karakasda silsilə partlayışlar baş verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

KİV-lər yazır ki, paytaxtın müxtəlif ərazilərində azı 7 partlayış qeydə alınıb. Hazırda şəhər üzərində hərbi təyyarələr uçur.

Qeyd edilir ki, şəhər üzərində tüstü qalxır, səmada isə ABŞ Dəniz Piyadalarına məxsus helikopterlər müşahidə olunub. Bundan başqa, Karakasın cənub hissəsində yerləşən iri hərbi baza yaxınlığında elektrik enerjisinin verilişi kəsilib.

Xatırladaq ki, ABŞ Venesuela ərazisinə ilk zərbəni 2025-ci ilin dekabr ayının sonunda endirib. Həmin hücumda Venesuealanın “Tren de Aragua” dəstəsinə aid narkotik vasitələrin qaçaqmalçılığı üçün istifadə olunan körpünün hədəfə alındığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti