...

Rusiya XİN-dən Venesuelada baş verənlərə REAKSİYA

Dünya xəbərləri Materials 3 Yanvar 2026 14:38 (UTC +04:00)
Rusiya XİN-dən Venesuelada baş verənlərə REAKSİYA
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ABŞ tərəfindən Venesuelaya qarşı törədilən silahlı təcavüz aktından dərin narahatlıq keçirib və hücumu pisləyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Hazırkı vəziyyətdə daha da gərginləşmənin qarşısını almaq və vəziyyətdən dialoq yolu ilə çıxış yolu tapmağa diqqət yetirmək vacibdir. Venesuelanın öz müqəddəratını təyin etmək hüququna kənardan heç bir dağıdıcı, hərbi müdaxilə olmadan zəmanət verilməlidir. Biz Venesuela xalqı ilə həmrəyliyimizi və onun rəhbərliyinin ölkənin milli maraqlarını və suverenliyini qorumaq siyasətini dəstəklədiyimizi bir daha təsdiqləyirik", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti