Bakı. Trend:
ABŞ Venesuelanın gələcəyi ilə bağlı proseslərdə fəal rol oynayacaq.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində açıqlama verib.
O, həmçinin ABŞ-ın Venesuelanın neft sektorunda iştirak edəcəyini qeyd edib.
ABŞ liderinin sözlərinə görə, Venesuelaya qarşı ikinci mərhələ tədbirlərə hazır idilər, lakin buna ehtiyac yaranmayıb.
Tramp əlavə edib ki, bir həftə əvvəl Nikolas Maduro ilə danışaraq onu könüllü şəkildə hakimiyyətdən imtina etməyə çağırsa da, o, buna razılıq verməyib.
