...

Zelenski Kanadanın keçmiş XİN rəhbərini özünə müşavir təyin edib (FOTO)

Dünya xəbərləri Materials 5 Yanvar 2026 15:10 (UTC +04:00)
Zelenski Kanadanın keçmiş XİN rəhbərini özünə müşavir təyin edib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend :

Ukrayna prezidenti Volodimir Zelenski Kandanın keçmiş XİN rəhbəri Kristiya Frilandı özünün ştatdankənar müşaviri təyin edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında müvafiq sənədin mətni dərc olunub.

“Kristiya Friland Ukrayna Prezidentinin iqtisadi inkişaf məsələləri üzrə ştatdankənar müşaviri təyin edilsin”,- sənəddə bildirilir.

Qeyd edək ki, Friland 2017–2019-cu illərdə Kanadanın xarici işlər naziri vəzifəsini tutub, 2019-2024-cü illərdə Kanadanın baş nazirinin müavini olub. Onun 2024-cü ilin dekabrında maliyyə naziri vəzifəsindən qəfil istefası hökümətdaxili çəkişmələrə yol açıb və nəticədə Kanadanın keçmiş baş naziri Castin Tryudo istefa verdiyini elan edib.

Friland sərt anti-Rusiya mövqeyi ilə tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti