...

Avropa Komissiyası Ukraynaya ilk maliyyə tranşını bu tarixdə köçürəcək

Dünya xəbərləri Materials 5 Yanvar 2026 16:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Komissiyası Ukraynaya 90 milyard dollarlıq yardım paketindən (2026-2027-ci illəri əhatə edən) ilk maliyyə tranşını 2026-cı ilin ikinci rübünə kimi köçürmək niyyətindədir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Matsey Berestetski Brüsseldə keçirilən brifinqdə deyib.

“Biz əlbəttə ki, Ukraynanın maliyyələşdirilməsinin ən qısa zamanda təmin edilməsinin vacibliyini başa düşürük. Biz ilk tranşı 2026-cı ilin ikinci rübündən gec olmayaraq köçürməyi planlaşdırırıq”, – deyə o bildirib.

Avropa Komissiyasının nümayəndəsi əlavə edib ki, bu pulların ayrılması üçün Kiyevə bütün sənədləri və şərtlər paketini Avropa Komissiyası 2026-cı ilin yanvarında Avropa İttifaqı Şurası və Avropa Parlamentinin təsdiqinə təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti