...

"Sony Honda" yeni elektrikli avtomobilini təqdim edib

Dünya xəbərləri Materials 6 Yanvar 2026 10:58 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Sony Honda" şirkəti ABŞ-nin Las Veqas şəhərində keçirilən CES beynəlxalq texnologiya və ticarət sərgisində yeni elektrikli avtomobilinin prototipini nümayiş etdirib.

Trend-in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şirkətin baş direktoru Yasuhide Mizuno bildirib ki, "Sony Group" və "Honda Motor" arasında elektrikli nəqliyyat vasitələrinin istehsalı məqsədilə yaradılmış birgə müəssisə yeni modeli "Afeela" prototipi əsasında hazırlayıb.

Mizuno qeyd edib ki, yeni elektrikli avtomobilin 2028-ci ildə ABŞ bazarında müştərilərə təqdim edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti