...

Rusiyada Oneqa gölündə gəmi aşıb

Dünya xəbərləri Materials 6 Yanvar 2026 21:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kareliya Respublikasında Oneqa gölünün sularında kiçik gəmi aşıb.

Trend-in Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Oyatevşçina kəndi yaxınlığında baş verib. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, Kareliya Nəqliyyat Prokurorluğu hadisənin başvermə səbəblərini araşdırır. Şimal-Qərb Nəqliyyat Prokurorluğu isə su yollarında təhlükəsizliyin təmin olunması və sərnişinlərin hüquqları ilə bağlı qanunvericiliyin icrasının yoxlanılması məqsədilə araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti