Bakı. Trend:
Əgər Ottava Çinlə ticarət razılaşmasına nail olarsa, Vaşinqton Kanadaya 100 faiz dərəcəsində rüsumlar tətbiq edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "X" sosial şəbəkəsində yazıb.
"Əgər qubernator Karni Kanadanı Çinin ABŞ-a mal və məhsul göndərməsi üçün giriş limanına çevirə biləcəyini düşünürsə, o zaman ciddi şəkildə yanılır", - deyə o bildirib.
"Əgər Kanada Çinlə razılaşma əldə edərsə, dərhal ABŞ-a göndərilən bütün Kanada mal və məhsullarına 100 faiz tarif tətbiq olunacaq", - deyə D.Tramp qeyd edib.