...

Almaniyada silahlı insident oldu, xəsarət alanlar var

Dünya xəbərləri Materials 26 Yanvar 2026 00:48 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlinin mərkəzində silahlı insident nəticəsində beş nəfər xəsarət alıb.

Trend xəbər verir ki, hadisə yaşayış binalarının birindəki mənzildə baş verib.

Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Əraziyə polis və təcili yardım qüvvələri əraziyə cəlb olunub, hadisə yeri mühasirəyə alınıb. İlkin məlumata əsasən, bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti