Bakı. Trend:
Hindistan və Kanada neft və qaz ticarətini artırmağı hədəfləyirlər.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Məlumata əsasən, Kanada neft məhsullarının tədarükünün artırılması müqabilində Hindistana mayeləşdirilmiş təbii qaz tədarükünü artırmağı öhdəsinə götürəcək. Bundan əlavə, ölkələr enerji sektoruna investisiyaların genişləndirilməsi və müxtəlif enerji sektorlarında birgə işlərin aparılması barədə razılaşmalar elan edəcəklər.
Bu barədə rəsmi açıqlamanın yanvarın 27-də Qoada keçirələcək Beynəlxalq Enerji Həftəsi (India Energy Week 2026) çərçivəsində iki ölkənin enerji nazirlikləri rəhbərlərinin görüşündən sonra veriləcəyi gözlənilir.