...

Gömrük tarifləri 600 milyard dollar gəlir gətirdi - Donald Tramp

Dünya xəbərləri Materials 28 Yanvar 2026 07:30 (UTC +04:00)
Gömrük tarifləri 600 milyard dollar gəlir gətirdi - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəyə tətbiq olunan gömrük tariflərinin təxminən 600 milyard dollar gəlir gətirdiyini bildirib.

Trend xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.

Prezident deyib: “Tariflər uğur üçün vacibdir. Biz 600 milyard dollarlıq tarif gəliri əldə etmişik.”

O əlavə edib ki, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini etibarsız hesab edərsə, administrasiya onların əvəzini tapacaq.

Xatırladaq ki, Tramp 2025-ci il aprelin 2-də 185 ölkədən idxal olunan məhsullara tariflər tətbiq etdiyini elan etmiş, daha sonra isə bəzi ölkələrdən gətirilən mallara tarif dərəcələrində dəyişikliklər edib.

Xəbər lenti

Xəbər lenti