...

Türkiyədə FETÖ-yə qarşı geniş-miqyaslı əməliyyat – 151 nəfər tutulub

Dünya xəbərləri Materials 28 Yanvar 2026 10:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 46 vilayətində FETÖ terrorçu təşkilatına qarşı geniş miqyaslı əməliyyatlar keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində paylaşım edib.

Nazir açıqlamasında, 46 vilayətdə FETÖ-yə qarşı paralel şəkildə keçirilən əməliyyatlarda barəsində qəti həbs cəzası və ya axtarış qeydiyyatı olan 151 şübhəlinin saxlanıldığını bildirib

O qeyd edib ki, şübhəlilərdən 82-si həbs edilib, 54 nəfər ölkəni tərk etməmək haqda yazılı iltizamnamənin alınmasından sonra şərti olaraq sərbəst buraxılıb, digərlərinə qarşı prosedurlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti