...

146 işıq ili uzaqlıqda Yer ölçüsündə planet kəşf edildi

Dünya xəbərləri Materials 29 Yanvar 2026 14:39 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Astronomlar təxminən 146 işıq ili uzaqlıqda, Yer ölçüsündə və Marsa bənzər şəraitə malik potensial olaraq yaşana bilən yeni bir planet kəşf ediblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatlara görə, "HD 137010 b" adlı namizəd planet Günəşə bənzər bir ulduzun ətrafında fırlanır və Yer kürəsindən təxminən 6 faiz böyükdür.

Avstraliya, Böyük Britaniya, ABŞ və Danimarkadan olan beynəlxalq alimlər qrupu planeti NASA-nın Kepler kosmik teleskopunun K2 missiyası çərçivəsində 2017-ci ildə əldə edilən məlumatlar əsasında müəyyən edib.

Avstraliyanın Cənubi Kvinslend Universitetinin (USQ) tədqiqatçısı Dr. Çelsi Huanq bildirib ki, planetin orbital dövrü Yerə bənzərdir və təxminən 355 gün çəkir.

Tədqiqatçılar planetin yerləşdiyi orbitin ulduzun “yaşayış zonasında olma ehtimalının təxminən 50 faiz” olduğunu qeyd edirlər.

Tədqiqatın həmmüəllifi Huanqın sözlərinə görə, bu planetin ən maraqlı cəhətlərindən biri onun Günəş sistemimizdən cəmi 150 işıq ili uzaqlıqda yerləşməsidir.

Müqayisə üçün qeyd olunur ki, Günəşəbənzər ulduzun yaşayış zonasında yerləşən əvvəlki ən uyğun planetlərdən biri olan "Kepler-186f" bundan təxminən dörd dəfə daha uzaqdadır və 20 dəfə daha zəif görünür.

Lakin alimlər bildirirlər ki, HD 137010 b-nin fırlandığı ulduz Günəşimizdən daha soyuq və daha zəif işıqlıdır. Bu da planetin səth temperaturunun Marsa bənzər ola biləcəyini və temperaturun -70°C-dən aşağı düşə biləcəyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti