Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Böyük Britaniya və Kanadanın Çinlə iş görmək niyyəti təhlükəlidir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərə bildirib.
Jurnalistlərlə söhbət zamanı Amerika liderindən Böyük Britaniyanın Baş naziri Keyr Starmerin Çinə səfəri ilə bağlı şərh verməsi istənilib.
"Bu, onlar üçün çox təhlükəlidir. Kanada üçün Çinlə iş görmək daha da təhlükəlidir. Kanadanın işləri çətindir, amma biz həll yolu kimi Çinə baxa bilmərik. Mən Çini çox yaxşı tanıyıram, Sədr Si Cinpini tanıyıram, o mənim dostumdur, amma bu, ciddi bir maneədir", - deyə o bildirib.