...

İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70-ə çatıb

Dünya xəbərləri Materials 1 Fevral 2026 17:06 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonunun Pasirlanqu kəndində yanvarın 24-də baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Trend-in məlumatına görə, Qərbi Yava əyalətində baş verən sürüşmədən sonra axtarış əməliyyatları davam etdirilir. İtkin düşənlərin axtarışlarına ağır texnika, təxminən 800 xilasedici, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.

Bandunq Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Ade Dian Permana bildirib ki, fəlakətdən ümumilikdə 158 nəfər zərər çəkib, 78 nəfər xilas edilib və ölənlərin sayı 70-ə çatıb.

Permana itkin düşmüş 10 nəfərin hələ də dağıntılar altında qaldığına inanıldığını bildirib və əlavə edib ki, gələcək sürüşmə riskinə qarşı tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti