Bakı. Trend:
Türkiyənin Antalya vilayətində sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı artıb.
Trend xəbər verir ki, qəza zamanı həlak olanların sayı 10 nəfərə çatıb.
Belə ki, avtobusun sürücüsü və daha bir sərnişin xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, daha əvvəl Antalya vilayət administrasiyasının rəhbəri Hulusi Şahin qəzada səkkiz nəfərin öldüyünü, 26 nəfərin isə xəsarət aldığını bildirmişdi.
