...

Qış Olimpiya Oyunlarında xəsarət alan idmançı helikopterlə təxliyə olundu

Dünya xəbərləri Materials 4 Fevral 2026 17:01 (UTC +04:00)
Qış Olimpiya Oyunlarında xəsarət alan idmançı helikopterlə təxliyə olundu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveçli dağ xizəkçisi Fredrik Möller 2026-cı il Qış Olimpiya Oyunlarında sürətli eniş üzrə yarışlar ərəfəsində keçirilən məşq zamanı yıxıldıqdan sonra helikopterlə təxliyə edilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, idmançı çiynindən xəsarət alıb və huşu yerindədir. Dekabr ayında Möller İtaliyanın Val-Qardena şəhərində keçirilən Dünya Kuboku mərhələsində yıxıldıqdan sonra helikopterlə xəstəxanaya çatdırılmışdı. 25 yaşlı norveçli müxtəlif dərəcəli bədən xəsarətləri almış və iki dişini itirmişdi.

Qeyd edək ki, Qış Olimpiya Oyunları İtaliyada keçirilir və fevralın 22-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti