...

Qarşısı alına bilən risklər xərçəng ölümlərini əhəmiyyətli dərəcədə azalda bilər - ÜST

Dünya xəbərləri Materials 5 Fevral 2026 05:58 (UTC +04:00)
Qarşısı alına bilən risklər xərçəng ölümlərini əhəmiyyətli dərəcədə azalda bilər - ÜST
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Siqaret çəkmək, həddindən artıq spirtli içki istehlakı və bəzi infeksiyalar kimi əsas risklərin aradan qaldırılması xərçənglə bağlı qlobal ölüm statistikasını ciddi şəkildə dəyişə bilər.

Trend xəbər verir ki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aparıcı mütəxəssisləri gəliblər.

ÜST-ün Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC) mütəxəssislərinin də daxil olduğu beynəlxalq alimlər qrupu tərəfindən aparılan təhlilə görə, 2022-ci ildə qoyulan bütün yeni xərçəng diaqnozlarının 38%-i qarşısı alına bilən xəstəliklər olub. Tədqiqatçılar 30 müxtəlif risk faktorunun təsirini qiymətləndiriblər.

Tədqiqatda tütün açıq-aşkar lider olaraq qalır və dünya miqyasında bütün yeni xərçəng hallarının 15%-ni təşkil edir. Yoluxucu agentlər (10%) ikinci yerdədir, bədən üçün toksikliyi çox vaxt qiymətləndirilməyən alkoqol (3%) isə ilk üçlüyü tamamlayır.

Qarşısı alına bilən bütün halların təxminən yarısı ağciyər, mədə və servikal xərçəngləri ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti