Bakı.Trend:
Almaniya kansleri Fridrix Mertz ABŞ nümayəndələri ilə planlaşdırılan danışıqlar ərəfəsində İran rəhbərliyini “həqiqi danışıqlara başlamağa” çağırıb və regionda “hərbi eskalasiyanın başlayacağı ilə bağlı ciddi narahatlıqların olduğunu bildirib.
Trend xəbər verir bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qətərin paytaxtı Dohada jurnalistlərə açıqlamasında Mertz deyib ki, İran “nüvə proqramını dayandırmalı” və İsrailə, eləcə də regiondakı digər ölkələrə qarşı “əlavə hərbi təhdidlərdən” çəkinməlidir.
“Buna görə də danışıqlar yaxın saatlarda intensivləşdiriləcək”, – deyən Mertz bildirib.
O, Almaniyanın ABŞ ilə bu məsələdə sıx əlaqələndirmədə olduğunu vurğulayıb
