...

İtaliyada etiraz yürüşləri zamanı polis nümayişçilərə qarşı tədbir gördü

Dünya xəbərləri Materials 8 Fevral 2026 00:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Milan şəhərində nümayişçilərin əsas kütləsindən ayrılan təxminən 100 nəfərlik qrup polisə daş və fişəng atmağa başlayıb.

Trend xəbər verir ki, hüquq-mühafizə orqanları cavab olaraq su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Nümayişçilər bu yolla şəhərin Santa-Culiya hokkey arenasına aparan yolu bağlamağa çalışıblar.

AFP-nin məlumatına görə, bir neçə nəfər saxlanılıb.

Bu gün Milan və Kortinada minlərlə insan ekoloji və sosial-iqtisadi problemlərə, o cümlədən mənzil qiymətlərinin yüksəkliyinə və şəhər həyatının əlçatanlığına etiraz olaraq yürüşlər təşkil edib.

Xəbər lenti

Xəbər lenti