Bakı. Trend:
Türkiyənin daxili işlər naziri vəzifəsinə Mustafa Çiftçi, ədliyyə naziri vəzifəsinə isə Akın Gürlek gətirilib.
Trend xəbər verir ki, təyinat Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi mətbuatda - “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl Mustafa Çiftçi Ərzurum vilayətinin valisi, Akın Gürlek isə İstanbul Baş prokuroru vəzifələrini icra edib.