...

Rusiyada iki zəlzələ baş verdi

Dünya xəbərləri Materials 12 Fevral 2026 01:53 (UTC +04:00)

Bakı. Trend:

Seysmoloqlar Rusiyanın Kuril adaları yaxınlığında 5,1 və 5,3 bal gücündə iki zəlzələ qeydə alıblar, təkanlar Cənubi Kuril adalarında hiss olunub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin filialı tərəfindən bildirilib.

Məlumata əsasən, ilk zəlzələ saat 03:35-də Simuşir adasından 291 km cənubda, 63 km dərinlikdə baş verib. Onun maqnitudası 5,1 olub.

Bildirilib ki, Malokurilskoye kəndindən 55 km şimal-şərqdə, 66 km dərinlikdə 5,3 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti