...

NATO müdafiə nazirləri Brüsseldə görüş keçirəcəklər

Dünya xəbərləri Materials 12 Fevral 2026 02:26 (UTC +04:00)
NATO müdafiə nazirləri Brüsseldə görüş keçirəcəklər

Bakı. Trend:

NATO müdafiə nazirləri cümə axşamı günü Brüsseldə Alyansın Ankarada keçiriləcək sammitinə hazırlıq məqsədilə görüşəcəklər.

Trend-in məlumatına görə, bu barədə təşkilatın baş katibi Mark Rutte bildirib.

Müttəfiqlərin müdafiə investisiyaları on milyardlarla avro artıb və görüşdə alyansın üzv dövlətlərinin müdafiə xərclərini daha da artırmağı planlaşdırdıqları müzakirə olunacaq.

Baş katib qeyd edib ki, investisiyaları artırmaq üçün lazımi müdafiə məhsullarının tədarük üçün mövcud olması vacibdir. "Buna görə də müdafiə sənayesi bazamızı genişləndiririk. Daha çox istehsal etməliyik. Bu, daha çox hava hücumundan müdafiə sistemi, daha çox sursat və Alyans daxilində daha güclü təchizat zəncirləri deməkdir", - deyə Rütte davam edib.

Xəbər lenti

Xəbər lenti