...

Türkiyədə 16 yaşlı qızla yazışan bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

Dünya xəbərləri Materials 12 Fevral 2026 14:46 (UTC +04:00)
Türkiyədə 16 yaşlı qızla yazışan bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə 16 yaşlı qız uşağını mesaj vasitəsilə təqib edən CHP-li bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir

Türkiyənin Daxili İşlər Nazirliyi 16 yaşlı qız uşağına mesaj yazaraq onu təqib edən Giresunun Görele rayonunun CHP-li bələdiyyə sədri Hasbi Dedenin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Açıqlamada bildirilib ki, Giresunun Görele rayonunun CHP-li bələdiyyə sədri Hasbi Dede davam edən istintaqın düzgün aparılması məqsədilə vəzifəsindən kənarlaşdırılıb və aşağıdakı məlumatlar təqdim olunub:

“Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinin Nazirliyimizə verdiyi səlahiyyətə əsasən; barəsində məhkəmə və inzibati araşdırmalar davam edən Görele bələdiyyə sədri Hasbi Dede müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılıb.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti