...

Tramp apreldə Çinə səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 13 Fevral 2026 00:35 (UTC +04:00)
Tramp apreldə Çinə səfər etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp apreldə Çinə səfər etmək niyyətində olduğunu açıqlayıb və Çin Prezidenti Si Cinpinin daha sonra ABŞ-yə cavab səfəri edəcəyini bildirib.

Trend xəbər verir ki, bu barədə Tramp Ağ Evdə media nümayəndələri ilə söhbəti zamanı danışıb.

“Aprel ayında Prezident Si Cinpinlə görüşməyi planlaşdırıram. Bunu səbirsizliklə gözləyirəm. O, bu ilin sonlarında bizi ziyarət edəcək və mən də bunu səbirsizliklə gözləyirəm”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, ABŞ-Çin münasibətləri, eləcə də Çin lideri ilə şəxsi münasibətləri hazırda əla vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti