...

Almaniya sərhəd nəzarətini daha altı ay uzadacaq

Dünya xəbərləri Materials 16 Fevral 2026 03:00 (UTC +04:00)
Almaniya sərhəd nəzarətini daha altı ay uzadacaq

Bakı. Trend:

Almaniya hakimiyyəti sərhəd nəzarətini 15 sentyabra qədər uzatmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, müvafiq bildiriş tezliklə Avropa Komissiyasına göndəriləcək. Sərhəd nəzarəti Almaniyada miqrasiya siyasətinin yenidən qurulmasının bir hissəsidir.

Qanuni yaşayış sənədi olmayan və sığınacaq tələbi irəli sürən üçüncü ölkə vətəndaşlarının Almaniyaya girişinə icazə verilməsinə dair 2015-ci ildə federal polisə verilmiş şifahi göstəriş ötən ilin mayın 7-də də ləğv edilib.

Xəbər lenti

Xəbər lenti