...

Pakistanda partlayış - Ölü və yaralılar var

Dünya xəbərləri Materials 16 Fevral 2026 12:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunkva əyalətində partlayış törədilib. Hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Partlayış Bannu rayonundakı polis bölməsinin qarşısında baş verib.

Hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələri və xilasedicilər səfərbər olunub. Yaralılar yaxınlıqdakı xəstəxanaya təxliyə olunub.

Polis partlayışın səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti