Bakı. Trend:
Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə Cenevrədə keçiriləcək üçtərəfli danışıqlar qapalı qapılar arxasında və mediaya çıxış olmadan keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
"Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlarda media nümayəndələrinə icazə verilmir", - deyə qeyd olunub.