...

"LUKOYL" 2010-cu ilə kimi Qazaxıstanda və Xəzər regionunda karbohidrogen hasilatını artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 25 Aprel 2006 18:34 (UTC +04:00)

"LUKoyl" ASC-nin Direktorlar Şurası çərşənbə axşamı Astanada keçirilən iclasında Qazaxıstanda və Xəzər regionunda şirkətin fəaliyyət planını nəzərdən keçirib. Bu barədə Trend məlumat verib.

Şirkətin məlumatında bildirildiyi kimi, "LUKOYL" ASC-nin 1995-ci ildə Qazaxıstanda və Xəzər regionunda ilk layihəsinin reallaşdırılmasına başladığı vaxtdan karbohidrogenlərin hasilatı üzrə layihələrin sayı 7-yə, geoloji kəşfiyyat layihələrinin sayı isə 4-ə çatıb. Bundan əlavə, LUKoyl Xəzər Boru Kəməri Konsorsiumunun iştirakçısıdır.

Direktorlar Şurası Qazaxıstan və Xəzər regionunda 2010-cu ilə kimi karbohidrogen hasilatını 8-10 mln ton səviyyəsinə çatdırmaq üzrə strategiyanı reallaşdırmağı qərar alıb.

O da qərara alınıb ki, 2006-cı ilin sonlarına kimi bir sıra ekspertizaların keçirilməsi də daxil olmaqla "Xvalınsk" yatağı üzrə texnoloji sxemlərin hazırlanması başa çatdırılsın.

Xəbər lenti

Xəbər lenti